Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və ADB sığorta sektorunda tənzimləmənin təkmilləşdirilməsini müzakirə edib - BBN

Azərbaycan və ADB sığorta sektorunda tənzimləmənin təkmilləşdirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Asiya İnkişaf Bankı (ADB) arasında ölkəmizdə sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi müzakirə edilib.

BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr ADB-nin icraçı direktoru xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə baş tutub.

“Görüş zamanı qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, ölkə üzrə iqtisadi vəziyyət və inkişaf trendləri, pul siyasəti, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, eləcə də sektorun potensialına dair ətraflı fikir mübadiləsi apardıq.  AMB və ADB arasında gələcək əməkdaşlıq imkanlarını, həmçinin ADB-in ölkənin maliyyə sektorunda iştirak perspektivlərini müzakirə etdik”, – deyə o qeyd edib.

Related posts

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəklər

Mərkəzi Bankdan pul siyasəti üzrə yeni qərar gözlənilir

ING 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə gözləntilərini artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı