Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri dövlət maliyyəsi sahəsində əməkdaşlığı genişləndirir - BBN

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri dövlət maliyyəsi sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Maliyyə Nazirliyi ilə imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası çərçivəsində 8-9 dekabr tarixlərində Dubay şəhərində işgüzar səfərdə olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə dövlət maliyyəsinin idarə edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, institusional və texniki səviyyədə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri diqqət mərkəzində olub.

Görüş zamanı BƏƏ Maliyyə Nazirliyi tərəfindən dövlət maliyyəsinin idarə edilməsində data əsaslı qərarvermə və analitik platformaların tətbiqi, dövlət sektorunda dövlət–özəl tərəfdaşlığı modelləri, elektron vergi inzibatçılığı, elektron müqavilə, xəzinədarlıq idarəetməsi və rəqəmsal platformalar üzərindən maliyyə nəzarəti mexanizmləri üzrə təqdimatlar və praktiki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Keçirilən görüşlər Azərbaycan Respublikasında dövlət maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi və maliyyə idarəetməsində səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Related posts

Taleh Kazımov ABA-ya üzv olan bankların rəhbər şəxsləri ilə görüşüb

AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Mərkəzi Bankın sədri Taleh Kazımov ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı