Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və İsrail arasında innovasiya əməkdaşlığı güclənir - BBN

Azərbaycan və İsrail arasında innovasiya əməkdaşlığı güclənir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və İsrailin “Israel Aerospace Industries” (IAI) korporasiyası arasında innovasiya sahəsində iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Memorandum ölkəmizdə innovasiya və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Mükəmməllik Mərkəzinin təsis edilməsi, təlim proqramlarının keçirilməsi, insan kapitalının inkişafı və digər mühüm təşəbbüsləri əhatə edir.

Memorandumun əhəmiyyətinə toxunan İRİA-nın sədri Fərid Osmanov bildirib ki, qurum israilli texnologiya şirkəti ilə innovasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsində qərarlıdır: “Biz İsrailin akademik və texnoloji təşkilatları ilə əməkdaşlıq edərək onların qabaqcıl təcrübəsini Azərbaycana gətirmək və bilik mübadiləsini təşviq etməyi hədəfləyirik. İlkin təşəbbüslər arasında Azərkosmosla insan kapitalının inkişafı və innovativ həllərin yaradılması olacaq.

Süni intellekt, kvant, dayanıqlı kosmik və energetika texnologiyası istiqamətlərinə xüsusi diqqət ayıracağıq”. “Israel Aerospace Industries” korporasiyasının texnologiya üzrə baş direktoru Eytan Eşel bildirib ki, Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan və İsrail şirkəti arasında texnoloji sahədə dərin əməkdaşlığın mövcudluğundan xəbər verir. Onun sözlərinə görə, bu anlaşma ilə hər iki ölkə öz innovativ və texnoloji potensialını yeni mərhələyə daşımaq, o cümlədən sahə üzrə güclü insan kapitalını yetişdirməkdə real imkanlar əldə edir. Əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi məqsədilə bir sıra ortaq tədbirlərin, seminarların, forumların, təlim proqramlarının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, COP29 zamanı İRİA-nın təşəbbüsü ilə təşkil olunmuş “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” tədbirində “Israel Aerospace Industries” korporasiyası ilə panel sessiyası da baş tutmuş və davamlı əməkdaşlıq üçün zəmin yaradılmışdı.

Related posts

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir.

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı