Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və İsveçrə maliyyə sektorunda rəqəmsal təşəbbüsləri müzakirə edib - BBN

Azərbaycan və İsveçrə maliyyə sektorunda rəqəmsal təşəbbüsləri müzakirə edib

Azərbaycan və İsveçrə arasında maliyyə sektorunda rəqəmsal təşəbbüslər müzakirə edilib.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İsveçrə Milli Bankının sədri cənab Martin Şlegel ilə Azərbaycana ilk işgüzar səfərində görüşməkdən məmnun olduq. Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi apardıq. Görüşdə həmçinin ölkələr arasında tərəfdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edərək qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”, – deyə o qeyd edib.

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı