Azərbaycan və Latviya işgüzar dairələrinin Dəyirmi Masası keçirilib

Ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Egils Levitsin iştirakı ilə Azərbaycan və Latviya işgüzar dairələrinin Dəyirmi Masası keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin (LIAA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkənin şirkətləri iştirak ediblər.

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında inkişaf edən ikitərəfli əlaqələrin özəl sektor, xüsusilə Azərbaycan və Latviya KOB-ları arasında ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsini stimullaşdırdığını qeyd edib. Orxan Məmmədov hər iki ölkənin iş adamları arasında əlaqələrin inkişafına KOBİA-nın göstərə biləcəyi dəstək barədə məlumat verib, Agentliyin iş adamlarının əməkdaşlıq təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Related posts

Dövlətə məxsus səhmdar cəmiyyətin 30 faizlik səhm paketi özəlləşdirilib

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq – Bu tarixlərdə

Azərbaycan nefti ucuzlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı