Azərbaycan və Macarıstan Birgə İşgüzar Şurası yaradılır

Bu il fevralın 16-17-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.

Birgə Komissiyanın iclasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) vitse-prezidenti Jalə Hacıyeva iştirak edib.

İclas çərçivəsində, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Macarıstan Ticarət və Sənaye Palatasının 2019-cu ildə iqtisadi və ticarət əməkdaşlığının inkişafı və şaxələndirilməsini təşviq etmək məqsədilə imzalanmış Anlaşma Memorandumunun davamı olaraq, ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələri daha da genişləndirmək üçün Azərbaycan-Macarıstan Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş imzalanıb.

Sazişə əsasən, tərəflər Şuranın məqsədləri və işçi qrupunun formalaşdırılması üzrə vəzifələri müəyyən ediblər. Şuranın yaradılmasında məqsəd isə Azərbaycan və Macarıstanda birgə investisiyaların təşviqi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrlə bağlı qarşıya çıxan məsələlərin həllinə nail olmaqdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı