Azərbaycan və Özbəkistan arasında standartlaşdırma sahəsində Əməkdaşlıqa dair Proqram imzalanıb

AZSTAND və O’ZTTA arasında 2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətində Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Texniki Tənzimləmə üzrə Agentliyinin (O’ZTTA) rəhbərliyi ilə görüş keçirilib.

Görüş zamanı Dövlət Xidməti tərəfindən keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, həmçinin qarşıya qoyulan hədəflərin reallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tərəflər, həmçinin iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Ölkəmizə səfər çərçivəsində Özbəkistanın Texniki Tənzimləmə Agentliyinin rəhbərliyi Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşma İnsultunda (AZSTAND) da görüş keçiriliblər. Görüşün sonunda AZSTAND və O’ZTTA arasında 2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədə əsasən, tərəflər texniki reqlamentlər və onların istinad standartlarının hazırlanması, qəbulu və tətbiqi sahəsində qarşılıqlı təcrübə mübadiləsi həyata keçirəcək,  həmçinin dövri nəşrlərin mübadiləsi, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq edəcəklər.

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və O’ZTTA nümayəndələri arasında görüşdə isə uyğunluğu qiymətləndirən qurumlara dair tələblərin formalaşdırılması və səlahiyyətlərin verilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı