Azərbaycan və Pakistanın ali audit qurumları birgə fəaliyyəti genişləndirir

Azərbaycanın Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Pakistanın Baş Auditoru Muhammad Acmal Qondalla dostluq və əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri, eləcə də potensialın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Bu barədə BBN.az-a Palatadan bildirilib.

Məlumata görə qurumla Pakistanın Baş Auditor Ofisi arasında Anlaşma Memorandumunun yenilənərək imzalanması mərasimi keçirilib. Sənədi hər iki qurumun rəhbəri imzalayıb.

Memorandum mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsini, eyni zamanda audit sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkilin edilməsini ehtiva edir.

İmzalanma mərasimindən sonra Pakistan Baş Auditor Ofisinin nümayəndəsi Hesablama Palatasının maliyyə hesabatlarının auditinin nəticələri barədə təqdimatla çıxış edib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı