Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında əməkdaşlıq imkanları müzakirə olunub

Dekabrın 9-da maliyyə naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın sədri Samir Şərifov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Bədr Əl Bədrinin rəhbərlik etdiyi və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin də qatıldığı nümayəndə heyəti ilə görüşüb.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 15-16 dekabr tarixlərində Ər-Riyad şəhərində keçiriləcək 6-cı iclasının əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyi vurğulanıb. 

Görüş zamanı Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının fəaliyyəti barədə təqdimat olub. Qeyd olunub ki, NCPP-nin missiyası böyük və perspektivli Səudiyyə Ərəbistanı Krallığının şirkətlərinə bizneslərini beynəlxalq miqyasda genişləndirmək və xaricdə aktiv fəaliyyətlərinə kömək etməkdir. Proqram Səudiyyə şirkətləri və xarici tərəfdaşlarına geniş imkanlar açır, habelə beynəlxalq biznes planlarını asanlaşdırmaq, onların uğurunu və təsirini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün Səudiyyə hökumətinin çoxsaylı resurslarından yararlanmaq imkanı yaradır.

Görüşdə NCPP-nin Azərbaycanda fəaliyyət imkanları və Müştərək Komissiyanın növbəti iclası ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı