Azərbaycan və Səudiyyə Ərəbistanı maliyyə nazirlərinin görüşü olub

Dekabrın 16-da maliyyə naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Əl Cədəan ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolu qeyd olunub.

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş torpaqların bərpa və yenidənqurulması ilə bağlı görülən işlər barədə məlumat verib, Müştərək Komissiyanın dünən keçirilən 6-cı iclasının iqtisadi tərəfdaşlığın inkişafı, habelə yeni təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. 

Məhəmməd Əl Cədəan Səudiyyə Ərəbistanı və Azərbaycan arasında hazırki əlaqələri yüksək qiymətləndirib, ölkəsinin Azərbaycanın etibarlı tərəfdaşı olduğunu bildirib. O Səudiyyə Ərəbistanında həyata keçirilən layihələr və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib, maliyyə siyasəti və davamlı inkişafın təmin olunması üçün hökumət tərəfindən atılan addımlardan danışıb. 

Tərəflər həmçinin, maliyyə siyasətinin həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması, dövlətlərarası beynəlxalq maliyyə təşkilatları çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanının birgə fəaliyyəti və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də digər sahələrdə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı