Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti işgüzar səfərlə Türkiyə Mərkəzi Bankında olub.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə AMB-nin büdcə planlaması və idarə edilməsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə innovasiyaların tətbiqi və daxili nəzarətin təkmilləşdirilməsi kimi sahələr üzrə interaktiv təqdimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin beynəlxalq təcrübələrin tətbiqi, mövcud və yenilənmiş sistemlərin effektiv istifadəsi və digər ikitərəfli maraq doğuran mövzular barədə faydalı və konstruktiv müzakirələr keçirilib.