Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib - BBN

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib

Energetika Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.

İclasda iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 1,4 milyard dollar təşkil etdiyi, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığı vurğulanıb. Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Avropada təchizatın şaxələnməsinə və dekarbonizasiyaya töhfələri qeyd edilib. Energetika naziri Pərviz Şahbazov bildirib ki, Avropaya 3,5 il ərzində tədarük edilən 36,8 milyard kubmetr qazın 3,6 milyard kubmetrdən çoxu və ya 10 faizi Yunanıstanın payına düşüb: “Ötən il Yunanıstanın qaza tələbatının təxminən 18 faizi məhz Azərbaycan qazı ilə təmin edilib. İlin sonuna Yunanıstana 1,2 milyard kubmetr qazın ixracı gözlənilir”.

Nazir, həmçinin deyib ki, Avropanın etibarlı enerji təchizatçısı olan və uğurla “yaşıl artım” siyasəti həyata keçirən Azərbaycan beynəlxalq miqyasda böyük etimad və hörmətin nəticəsi olaraq bu il COP29-a ev sahibliyi edir. Zəngin əməkdaşlıq gündəliyi olan bu yeni tarixi dövrdə enerji prioritet mövzulardan biridir.

Yunanıstanın xarici işlər nazirinin müavini Kostas Fragogiannis isə deyib ki, Komissiyanın iclası ölkələrin ikitərəfli münasibətlər qurmaq niyyətini əks etdirir: “Müxtəlif sahələrdə, o cümlədən ticarət və investisiya, nəqliyyat, kənd təsərrüfatı, energetika, texnologiya, səhiyyə və turizm kimi istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişafı və təşviqini davam etdirmək üçün qabaqcıl mexanizm yaradılıb. Ümumilikdə, birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası Yunanıstan ilə Azərbaycan arasında davamlı, konstruktiv, səmərəli dialoq və fikir mübadiləsinin əsasını qoyur”.

İclasda ticarət, sənaye, nəqliyyat, turizm, kənd təsərrüfatı, enerji, təhsil, səhiyyə, mədəniyyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Ölkəmizdə əlverişli investisiya mühiti, Ələt Azad İqtisadi Zonası, sənaye zonaları və aqroparklarda, həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi üzrə əməkdaşlıq imkanları barədə məlumatlar diqqətə çatdırılıb. Komissiya çərçivəsində bütün sahələrdə əməkdaşlığın yol xəritəsini müəyyən edən ikillik Fəaliyyət Planı qəbul edilib.

Yekunda Azərbaycan və Yunanıstan iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclasının Protokolu və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı