“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazları Bakı Fond Birjasının premium bazar seqmentində listinqə alınmışdır

29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ümumi dəyəri 100 000 000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı  29 dekabr tarixindən başlamışdır və fevralın 28-dək davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2001019341Faizli, təmin edilməmiş, sənədsiz adlı100,000 (ədəd)1,000 ABŞ dolları6 %5 ilİldə iki dəfə (6 aydan bir olmaqla)

Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin istiqrazları ilə bağlı ətraflı məlumat üçün göstərilən linkə keçid edə bilərsiniz:  www.ascoistiqraz.az

Related posts

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl yenidən bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı