Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycana pul köçürmələri artıb, xaricə köçürmələr azalıb - BBN

Azərbaycana pul köçürmələri artıb, xaricə köçürmələr azalıb

2025-ci ildə Azərbaycana xaricdən 1 milyard 177 milyon ABŞ dolları məbləğində pul köçürülüb, ölkədən xaricə göndərilən vəsait isə 505,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.

Onun sözlərinə görə, bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 8,7 % artım və 4,1 % azalma deməkdir.

AMB rəsmisi bildirib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (479,3 milyon ABŞ dolları), Türkiyədən (193,2 milyon ABŞ dolları), ABŞ-dan (100,7 milyon ABŞ dolları), Gürcüstandan (43,6 milyon ABŞ dolları) və Böyük Britaniyadan (42,4 milyon ABŞ dolları) daxil olub.

Eyni zamanda, ölkədən xaricə köçürülən pul vəsaitlərinin həcminə görə ilk beşlikdə Türkiyə (145,7 milyon ABŞ dolları), ABŞ (76,4 milyon ABŞ dolları), Rusiya (46,4 milyon ABŞ dolları), Böyük Britaniya (26,7 milyon ABŞ dolları) və Gürcüstan (26,2 milyon ABŞ dolları) yer alıb.

Related posts

Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir

Azərbaycanda cari əməliyyatlar balansında profisit azalıb

Azərbaycandan kapital axını 5 milyard dollara çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı