Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycana turist gəlişi 2%-ə yaxın azalıb - BBN

Azərbaycana turist gəlişi 2%-ə yaxın azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1477,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

BBN.az xəbər verilir ki,bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azdır.

Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən – 1,7 dəfə, Çindən – 1,6 dəfə, Yaponiyadan – 42,9 faiz, Qırğızıstandan – 36,0 faiz, İordaniyadan – 28,7 faiz, Qazaxıstandan – 20,6 faiz, Özbəkistandan -19,8 faiz, Niderlanddan -16,3 faiz, Pakistandan – 16,1 faiz, Kanadadan – 15,8 faiz, ABŞ-dan – 15,6 faiz, Almaniyadan -13,2 faiz, İtaliyadan – 10,9 faiz, Cənubi Koreyadan – 10,8 faiz artıb.

2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 61,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 faiz azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,0 faiz azalaraq 522,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 4,1 faiz artaraq 656,8 min nəfər təşkil edib.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Related posts

Sığortaolunanların uçotu qaydası dəyişir

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət mexanizmi təkmilləşdirilir

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı