2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda əhalinin nominal gəlirləri artım göstərib.
Hesabat dövründə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 % artaraq 12 milyard 573,8 milyon manat təşkil edib.
Məlumata görə, bu dövrdə hər nəfərə düşən orta aylıq gəlir 612,5 manat olub.
Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri isə 10 milyard 910,7 milyon manat təşkil edib.