Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 15%-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 8 milyard 107,9 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 6 milyard 141,8 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 75,8%-ni təşkil edib.

Hesabat dövründə ödənişli xidmətlərin dəyərinin 1 milyard 775 milyon manatı dövlət, 6 milyard 332,9 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb.

İl ərzində hər bir ölkə sakini orta hesabla 799 manatlıq və yaxud 1 il əvvələ nisbətən 238,1 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Related posts

Naxçıvanda vergi ödəyicilərinin sayı 13,3 faiz artıb

Yerli investisiyalı müəssisələrin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz olub

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 95,3 faizi həll edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı