Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 216,591 milyon manat sığorta haqqı toplanılıb.
BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin həcmi 40,582 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 23,8 % artım deməkdir.
11 ay ərzində əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 18,7 manatı ödəniş edilib. Bir il əvvəl bu göstərici 16,3 manat olub.
Xatırladaq ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti üzrə ümumilikdə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ümumi ödənişlərin məbləği 844,833 milyon manat olub ki, bu da illik müqayisədə 21,7 % artım deməkdir.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat səviyyəsində idi.