Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda ən çox kredit cəlb edən biznes sahələri açıqlanıb - BBN

Azərbaycanda ən çox kredit cəlb edən biznes sahələri açıqlanıb

Azərbaycanda biznes kreditlərinin əsas hissəsi ticarət, kənd təsərrüfatı və informasiya-rabitə sahələrinə yönəlib.

BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2025-ci ilin ilk yarısına dair hesabatında qeyd olunub.

Sənədə əsasən, hesabat dövründə biznes kreditləri üzrə artım daha çox informasiya və rabitə, kənd təsərrüfatınəqliyyat sahələrində müşahidə edilib.

Belə ki, 2025-ci ilin iyun ayının sonuna biznes kreditləri portfeli illik müqayisədə 9,1% (1,27 mlrd. manat) artaraq 15,14 mlrd. manata çatıb.
Qeyri-istehsalat və xidmət sahələrində 326 mln. manat (14,4%), kənd təsərrüfatında 269 mln. manat (17,4%), ticarət müəssisələrində isə 249 mln. manat (6,2%) artım qeydə alınıb.

Ümumilikdə, biznes kreditləri portfelində ən böyük pay ticarət müəssisələrinə məxsusdur – bu sahəyə verilmiş kreditlərin həcmi ümumi portfelin 28,1%-ni (4,25 mlrd. manat) təşkil edir.

Related posts

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

“Aİ Azərbaycan qazının etibarlı alıcısı statusunu qoruyacaq”

BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı