“The Economist Group”-un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) Azərbaycanda iqtisadi artımla bağlı yeni proqnoz açıqlayıb.
EIU-nun qiymətləndirməsinə əsasən, 2026-cı ildə Azərbaycan iqtisadiyyatı 3% civarında artacaq. Təşkilat ölkəni sabit, lakin artım potensialı olan iqtisadiyyatlar qrupuna daxil edib.
EIU hesab edir ki, gələn il qlobal iqtisadi artım 2,4 % səviyyəsində olacaq. Asiya regionu ən yüksək templə inkişaf edən bölgə olaraq qalır:
-
Hindistan və Vyetnamda artım – 5–7 %,
-
Çin və İndoneziyada – 4–5 %,
-
Afrika və Yaxın Şərqdə – 3–4 %,
-
Avropa İttifaqı və Böyük Britaniyada – 1–2 %,
-
ABŞ-da isə təqribən 2 % səviyyəsində gözlənilir.
Təhlilə görə, Rusiya və bir sıra Şərqi Avropa ölkələrində artım 2%-dən aşağı qalacaq. Region ölkələrindən:
-
Qazaxıstanda – 3,5–4 %,
-
Gürcüstanda – 4–4,5 %,
-
Türkiyədə isə 3 % iqtisadi artım proqnozlaşdırılır.
🔹 Azərbaycanın büdcə proqnozları:
2026-cı ilin büdcə layihəsinə əsasən, ölkədə ortamüddətli iqtisadi artım 3,5 % səviyyəsində nəzərdə tutulur.
-
2025 – 3 %,
-
2026 – 2,9 %,
-
2027 – 3,3 %,
-
2028 – 3,1 %,
-
2029 – 4,8 %.
Beynəlxalq maliyyə qurumlarının isə növbəti ilə dair proqnozları 2,4–3,1 % aralığındadır.