Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda 8 ayda dövlət xəttilə 305 milyon manat ipoteka krediti verilib - BBN

Azərbaycanda 8 ayda dövlət xəttilə 305 milyon manat ipoteka krediti verilib

2025-ci ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 304,7 milyon manat kredit verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,85 % azdır.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə Fond tərəfindən yenidən maliyyələşdirilən kreditlərin məbləği 286 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,4 % azdır.

Eyni zamanda, İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin həcmi 3,5 dəfə artaraq 400 milyon manata yüksəlib. Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 27,1 % azalaraq 47,9 milyon manat olub.

Mənbə: Report.az

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı