Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar görüş keçirilib - BBN

“Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar görüş keçirilib

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar olaraq UNEP və “REC Caucasus” beynəlxalq məsləhətçi şirkətin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması layihəsi ilə UNEP tərəfindən həyata keçirilən layihə ilə əlaqədar məsələlər barəsində qarşı tərəflə müzakirələr aparılıb. Azərbaycanda yaşıl enerjinin şəbəkədə payının artırılması istiqamətində Energetika Nazirliyi tərəfindən görülmüş işlər haqqında məlumatlar verilib. “Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihəsinin 2024-2025-ci il ərzində başa çatdırılmasının planlaşdırıldığı bildirilib.

Qarşı tərəf Milli Planın hazırlanması üzrə görüləcək tədbirlərin UNEP tərəfindən həyata keçirilən layihəyə müstəsna töhfə verəcəyini qeyd edib.

Görüşdə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası çərçivəsində “Elektromobillik üzrə Milli Planın hazırlanması” ilə əlaqədar Energetika Nazirliyinin müvafiq əmri yaradılmış İşçi qrupun üzvləri iştirak edib.

Related posts

Bakıda Türk Dövlətləri Təşkilatı hökumət başçılarının görüşü keçirilir

Aİ-nin yanacaq xərcləri 13 milyard avro artıb

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı