Azərbaycanda banklar ötən ay 300 mln. manatdan çox gəlir əldə ediblər

2023-cü ilin iyul ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 307.5 milyon manat faiz gəliri əldə ediblər.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.6% və ya 80.7 milyon manat çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 159.1 milyon manat, xalis mənfəətləri isə 92 milyon manat təşkil edib.

APA

Related posts

XalqKart-la NFC ödənişlərində daha çox keşbek

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

“PAŞA Bank” və “Kapital Bank”ın rəhbərliklərində dəyişiklik olub