Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda BMT-nin ekoloji kampaniyasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb - BBN

Azərbaycanda BMT-nin ekoloji kampaniyasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünyanın bir çox ölkələri tərəfindən birgə buraxılış kimi hazırlanmış “ACT NOW” (İndi hərəkətə keç) mövzusunda poçt markalarını dövriyyəyə buraxıb.

“İndi hərəkətə keç” kampaniyası 2018-ci ilin dekabr ayında BMT-nin iqlim dəyişikliyinə həsr olunan konfransında ser Devid Attenboro tərəfindən başladılıb. Kampaniya insanları gün ərzində 10 sadə qaydaya əməl etməklə dünyadakı iqlim böhranının qarşısının alınmasında iştiraka ruhlandırmaq məqsədi daşıyır. Buraya sağlam qida, suya qənaət, avtomobilsiz həyat tərzi, tullantıların təkrar emalı və s. daxildir.

10 markadan ibarət kiçik vərəq şəklində hazırlanmış buraxılış Belarus Respublikasının Bobruysk şəhərində 10000 vərəq tirajla buraxılıb. Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb. 

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı