Bu ilin yanvar-fevral aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 11 yeni domen verilib.
“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 83 % çoxdur.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 84 yeni subdomen də verilib ki, bu da bir il əvvələ nisbətən 2,6 dəfə çoxdur.
Məlumata görə, 2025-ci il ərzində dövlət qurumları ümumilikdə 65 yeni domen və 285 yeni subdomen əldə edib.