Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi məbləği açıqlanıb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 49 276 borcalana 3 milyard 6,359 milyon manat kredit verib.

BBN.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 439,716 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 427 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

Azərbaycanda əkin sahələri üzrə aqrar sığorta ödənişləri 70% artıb!

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı