Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı məlum olub

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nəzərən 231 min ədəd artaraq 13 milyon 488 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.7% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 18.3%, kredit kartları üzrə 28.8% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 157 min, kredit kartları 414 min, digər kartlar isə 1.6 mln. ədəd artmışdır.

BBN.az Mərkəzi Bankın yanvar ayı statistik bülleteninə istinadən xəbər verir ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır. 2023-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2647 mln. manat təşkil etmişdir.

Həyata keçirilən nağdsız ödənişlərin 2017 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 627 mln. manatı POS-terminallar, 2.6 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52.4%-ni təşkil etmişdir.  Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 3.2%, POSterminalların sayı 29.5% artmışdır.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı