Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda "Elektron iştirakçılıq" portalı istifadəyə veriləcək - BBN

Azərbaycanda “Elektron iştirakçılıq” portalı istifadəyə veriləcək

Azərbaycanda bu ilin sonuna kimi “Elektron iştirakçılıq” portalının istismara verilməsi planlaşdırılır.

Bu qərar İlham Əliyev tərəfindən təsdiqlənən “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Məqsəd və istiqamətlər

Sənədə əsasən:

  • Hesabat dövründə Elektron Hökumətin İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması üçün tədbirlər planının icrasına başlanılması;

  • Portal vasitəsilə vətəndaşların dövlət proseslərində iştirakı və məlumat əldə etməsi imkanlarının artırılması;

  • Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinin dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin edilməsi.

Bu təşəbbüs proaktiv dövlət xidmətlərinin və rəqəmsal idarəetmənin inkişafına, şəffaflığın və vətəndaş iştirakının gücləndirilməsinə xidmət edəcək.

Related posts

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

İlham Əliyev süni intellekt (Sİ) fəaliyyətinə investisiya təşviqinin şamil edilməsini təsdiqləyib

Azərbaycanda rəqəmsal layihələrin maliyyələşdirilməsinə veto mexanizmi tətbiq olunacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı