Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda fərdi kredit hesabatlarının məzmunu genişləndiriləcək - BBN

Azərbaycanda fərdi kredit hesabatlarının məzmunu genişləndiriləcək

Azərbaycan Kredit Bürolarına təqdim olunan fərdi kredit hesabatlarının məzmunu bu ilin sonuna qədər genişləndiriləcək.

Bu yeniliklər Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə hazırlanan 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.

Kredit hesabatlarına çərçivə sazişləri və birgə borcalanlarla bağlı yeni məlumat bölmələrinin əlavə olunması nəzərdə tutulur.

Bundan başqa, hesabatların tərkibində zaminlik öhdəliklərinə dair məlumatların artırılması planlaşdırılır. Bu dəyişikliklər kredit tarixçələri üzrə məlumatların daha dolğun toplanmasına, risklərin qiymətləndirilməsinin dəqiqləşməsinə və maliyyə təşkilatları üçün şəffaflığın yüksəldilməsinə xidmət edəcək.

Report

Related posts

Dövlət satınalmalarının auditində avtomatlaşdırılmış qiymətləndirmə tətbiq olunacaq

Azərbaycanda 2 ayda 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

Vergi xidmət mərkəzlərində 2 ayda 107 mindən çox şəxs qəbul edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı