Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 44% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 3 milyard 252,218 milyon manat təşkil edib.

Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 43,5% artaraq 1 milyard 102,918 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6,9% azalaraq 2 milyard 35,269 milyon manat, aksizlər üzrə daxilolmalar 2% azalaraq 95,445 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,5% azalaraq 18,586 milyon manat olub.

Related posts

Dövlətə məxsus səhmdar cəmiyyətin 30 faizlik səhm paketi özəlləşdirilib

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq – Bu tarixlərdə

Azərbaycan nefti ucuzlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı