“Azərbaycanda inteqrə olunmuş innovativ pambıq becərilməsi” layihəsinin təqdimatı keçirilib

Kənd Təsərrüfatı Nazirliyində Türkiyənin Ege Universitetinin və Agrobest Grup A.Ş tərəfindən “Azərbaycanda inteqrə olunmuş innovativ pambıq becərilməsi” layihəsinin təqdimatı olub.

Təqdimatdan əvvəl Ege Universitetinin professoru Mehmet Demirçi və Agrobest Grup A.Ş şirkətinin rəhbəri Faruk Eroğlu və nazir müavini İlham Quliyevlə təqdim olunan layihənin əhəmiyyəti və fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.

Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyevin rəhbərliyi ilə keçirilən layihənin təqdimatında Ege Universitetinin professoru Mehmet Demirçi layihənin məqsədi, nəzərdə tutulan fəaliyyət istiqamətləri, xəstəlik və zərərvericilərə qarşı tətbiq ediləcək yeni pestisidlərin, pambıq bitkilərinin su qıtlığına dayanıqlığının artırılması məqsədilə  tətbiq ediləcək bioloji preparatların, orqanik pambıq istehsalının xüsusiyyətləri barədə izahat verib.

Layihə rəhbəri təcrübələrin “MKT İK” MMC, “Azərpambıq ASK” MMC, “P-Agro” MMC pambıqçılıq şirkətlərinin müxtəlif rayonlarda yerləşən təsərrüfatlarında 2 il müddətində yerinə yetirilməsinin nəzərdə tutulduğunu bildirib, birinci ildə pambıq bitkilərinin məhsuldarlığının 20%, ikinci ildə isə lazımi tədbirləri tətbiq edərək 35% yüksəldilməsinə nail olunacağını əsaslandırıb. Layihənin beynəlxalq və yerli təlimlər vasitəsilə digər bölgələrdə də tətbiq ediləcəyini qeyd edilib.

Layihənin yerinə yetirilməsinə yerli mütəxəssislərlə yanaşı Türkiyənin Ege Universitetinin, Agrobest Grup A.Ş, Brandt Consolidate (ABŞ) və T.STANES & COMPANY (Hindistan) şirkətlərinin müvafiq sahələr üzrə əməkdaşları da cəlb olunacaq.

Respublikada pambıq istehsalı ilə məşğul olan “MKT İK” MMC, “Azərpambıq ASK” MMC, “P-Agro” MMC və nazirliyin aidiyyəti qurumlarının təqdimatda iştirak edən mütəxəssisləri layihənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün təklif və tövsiyələrini bildiriblər.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı