Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda istiqrazların birbaşa ticarəti mümkün olacaq - BBN

Azərbaycanda istiqrazların birbaşa ticarəti mümkün olacaq

“Bakı Fond Birjası” QSC (BFB) bu il məsafədən istiqrazların ticarəti funksionallığının istifadəyə verilməsini planlaşdırır.

BBN.az xəbər verir ki, BFB-nin İrdaə Heyətinin üzvü Oqtay Qasımov bu barədə bildirib.

Onun sözlərinə görə, investor marağını artırmaq üçün daha çox əlçatanlığı artırmaq lazımdır: “Biz istiqraz bazarının əlçatanlığını artırmaq üçün müvafiq texnoloji platformamızda təkmilləşdirmə aparırıq ki, səhmlər kimi istiqrazların da məsafədən ticarəti mümkün olsun və bu il ərzində bu funksionallığı bazara verməyi planlaşdırırıq”.

O. Qasımov qeyd edib ki, hazırda istiqrazlar BFB-də ticarət olunmaq üçün investorların sifarişi əsasında investisiya şirkətləri tərəfindən yerləşdirilir: “Həmin alış-satış sifarişləri bir-birilə eyniləşdirilir. İstiqrazların məsafədən ticarəti funksionallığı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmlərində olduğu kimi, investorlar mobil tətbiq üzərindən qiymətli kağızların alış və satışını həyata keçirə biləcəklər.

Eyni qaydada istiqrazlarda da bu, olacaq. Yəni, investisiya şirkətlərinə sifariş vermədən, sərbəst şəkildə mobil tətbiq üzərindən bu satış-alışlarını həyata keçirə biləcəklər. Yəni, ABB səhmlərində olduğu kimi, istiqrazlarda da bu imkan bazara təqdim olunacaq”.

Report

Related posts

Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarələri yenidən təşkil edilir

ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı