Azərbaycanda kapital bazarının maliyyə sistemində rolunun artırılması müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarının maliyyə sistemində rolunun artırılması müzakirə edilib.

Bunu qurumun sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“AMB-də Milli Depozit Mərkəzi, “Bakı Fond Birjası” QSC və investisiya şirkətlərinin rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüş zamanı ölkədaxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivliyə həsr edilmiş təqdimat keçirildi. Həmçinin, ötən il üzrə ölkədə kapital bazarlarının fəaliyyətinin nəticələri və onların maliyyə sistemində rolunun artırılması, maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlərə dair fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı