Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda KOB-ların və mikromaliyyə institutlarının fond bazarına çıxışında əsas maneə açıqlanıb - BBN

Azərbaycanda KOB-ların və mikromaliyyə institutlarının fond bazarına çıxışında əsas maneə açıqlanıb

Azərbaycandakı kiçik və orta biznes (KOB) subyektlərinin və mikromaliyyə institutlarının fond bazarı vasitəsilə maliyyə vəsaiti cəlb etməsində əsas maneə korporativ idarəetmə standartları və şəffaf hesabatlılıq tələbləri ilə bağlıdır.

BBN.az xəbər verir ki, bu barədə  “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin üzvü Oqtay Qasımov məlumat verib.

Onun sözlərinə görə, kütləvi təklif üsulu ilə qiymətli kağız yerləşdirən təşkilatlar, o cümlədən KOB-lar və mikromaliyyə təşkilatları olsun hesabatlarını şəffaf və davamlı şəkildə açıqlamalıdır: “Bəzən, bu, böyük resurs və daxili transformasiya tələb edir. Mikromaliyyə təşkilatları artıq bu prosesə başlayıblar və daxildə həm korporativ idarəetmə standartlarını qoyurlar, həm məlumatların açıqlanmasını davamlı şəkildə həyata keçirirlər. Bunların investisiya şirkətləri ilə bir yerdə daha aktiv işləmələrini tövsiyə edirəm. Bir deyil, bir neçə təşkilatın eyni investisiya portfelinin tərkib hissəsi olmaqla bazara çıxışları daha səmərəlidir”.

Report

 

Related posts

Sığortaolunanların uçotu qaydası dəyişir

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarət mexanizmi təkmilləşdirilir

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı