Azərbaycanda Kreditorların Elektron Portalı istifadəyə verilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların kreditorları üçün ayrıca portal istifadəyə verib.

Qurumdan bildirilib ki, Kreditorların Elektron Portalı bankların ləğvini şəffaf həyata keçirmək, kreditorları vaxtında məlumatlandırmaq, onlarla əlaqələri genişləndirmək, habelə kreditorların maraqlarını qorumaq məqsədilə yaradılıb.

Kreditorlar portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilər. Hər bir istifadəçi öz “Müştəri kabineti”ndə ona aid məlumatların doğruluğunu yoxlaya, habelə məlumatlar (əlaqə vasitələri) əlavə edə bilər. Kreditorlar həmçinin portal vasitəsilə hesabatlarla tanış olmaqla yanaşı, kreditlər üzrə təminat kimi yüklü edilmiş əmlakların girovdan azad edilməsi və vətəndaş qəbulu üçün tam şəffaf, vaxta qənaət etməklə onlayn müraciət edə bilər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı