2025-ci ilin IV rübündə Azərbaycanda ödəniş kartları ilə bağlı ölkədaxili 3 386 fırıldaqçılıq halı qeydə alınıb. Bu əməliyyatların ümumi məbləği 1 milyon 783 min 031 manat təşkil edib.
Bu göstərici III rüblə müqayisədə məbləğ baxımından 50,5 %, say baxımından isə 51,6 % artıb.
Hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 20 % artaraq 370 min 444 manat olub. Bununla belə, belə halların sayı 29,1 % azalaraq 5 439-a düşüb.
IV rübdə ölkədaxili fırıldaqçılıq hallarının 21,9 %-i hesabın ələ keçirilməsi ilə bağlı olub ki, bu da əvvəlki rüblə müqayisədə 17,5 faiz bəndi azdır. Digər hallar isə 78,1 % təşkil edib və bu istiqamətdə 17,5 faiz bəndi artım qeydə alınıb.
Ölkəxarici fırıldaqçılıq hallarının 90,3 %-i kartın fiziki iştirakı olmadan həyata keçirilib ki, bu da 17,3 faiz bəndi artım deməkdir. Digər hallar isə 9,7 % olub və 17,3 faiz bəndi azalıb.
Sentyabr-dekabr aylarında ölkədaxili fırıldaqçılığın 98,1 %-i elektron ticarət və mobil tətbiqlər üzərindən baş verib (0,8 faiz bəndi azalma). Digər hallar isə 1,9 % təşkil edib (0,8 faiz bəndi artım).
Eyni dövrdə ölkəxarici fırıldaqçılıq hallarının 96,3 %-i elektron ticarət və mobil tətbiqlər vasitəsilə qeydə alınıb ki, bu da 9,7 faiz bəndi artım deməkdir. Digər hallar isə 3,7 % təşkil edib və 9,7 faiz bəndi azalıb.