Azərbaycanda ödəniş kartlarının sayı 12%-dən çox artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə ötən ilin noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən oktyabrın sonuna nəzərən 134 min ədəd artaraq 21 milyon 835 min ədəd təşkil edib.

BBN.az xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12.2% artıb.

Məlumata görə, 2024-cü ilin eyni dövründə bu göstərici 19 milyon 463 min ədədə bərabər idi. Ödəniş kartlarında debet kartlarının sayı 14.7% artıb, kredit kartlarının sayı isə 6.7% azalıb.

Related posts

Unibank-da Yeni Təyinatlar

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı