Avqustun 1-ə Azərbaycanda pul bazası 18 milyard 262,6 milyon manat təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,8% azdır.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 4,6%, son 1 ildə isə 13,3% artıb.