Azərbaycanda “Pul nişanlarının reproduksiyası Qaydası” təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Pul nişanlarının reproduksiyası Qaydası”nı təsdiq edib.

Bildirilir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Reproduksiya – həqiqi pul nişanının bütöv səthinin, yaxud müəyyən hissəsinin və ya fərdi dizayn elementinin təsvirindən istifadə etməklə pul nişanının bənzərinin yaradılmasıdır.

Qərara əsasən, kağız pul nişanının reproduksiyası AMB-nin tədavülə buraxdığı (rəsmi) pul nişanının orijinal kağızından fərqlənən materialdan hazırlanmalı, bu zaman reproduksiyasının rəngi rəsmi pul nişanlarının rəngi tonundan ən azı 30 % tünd və yaxud ən azı 30 % açıq olmalı, kağız pul nişanının reproduksiyasının üzərində aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən “REPRODUKSİYA” sözü əks olunmalı, “REPRODUKSİYA” sözünün uzunluğu kağız pul nişanının reproduksiyasının uzunluğunun ən azı 75 %-ni, hündürlüyü isə reproduksiyanın eninin ən azı 15 %-ni təşkil etməli, ikitərəfli reproduksiyanın ölçüləri (eni və uzunluğu) rəsmi pul nişanlarının səthinin 50 %-nə qədər və yaxud 200 %-dən çox olmalı, birtərəfli reproduksiyanın ölçüləri (eni və uzunluğu) Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış pul nişanlarının səthinin 75 %-nə qədər və yaxud 125 %-dən çox olmalı, kağız pul nişanının müəyyən hissəsinin və yaxud fərdi dizayn elementinin reproduksiyası rəsmi pul nişanının həmin hissəsinin və yaxud dizayn elementinin ölçüsündən 1/2 dəfə kiçik və yaxud 2 dəfədən çox böyük olmalı, kağız pul nişanının elektron reproduksiyasının keyfiyyəti 72 ppi-dan (72 dpi) çox olmamalıdır.

Bundan başqa, metal pul nişanlarının reproduksiyası hamar səthdə əks etdirilməli və rəsmi pul nişanlarında olan qabarıq dizaynda hazırlanmamalı, metal pul nişanlarının reproduksiyası metal olmayan və metal görüntüsü yaratmayan materialdan hazırlanmalı, metal pul nişanlarının reproduksiyasının ölçüləri (diametri və qalınlığı) rəsmi pul nişanlarının ölçülərindən 1/2 dəfə kiçik və yaxud 2 dəfədən çox böyük olmalıdır.

Bu qaydaların tələblərini pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunacaq və tələblərə uyğun olmayan reproduksiyalar aşkar edildikdə, bu barədə məlumat qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndəriləcək.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Report

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı