2025-ci ildə Azərbaycanda qeyri-həyat sığortası növləri üzrə 651,699 milyon manat sığorta haqqı toplanılıb.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 5,3% çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər 3% artaraq 277,463 milyon manata çatıb.
Beləliklə, 12 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı müştərilərə geri ödənilib. Bir il əvvəl bu göstərici 43,5 manat təşkil edib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü illə müqayisədə 11,2% artım deməkdir.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat olub ki, bu da illik müqayisədə 22,3% artım deməkdir.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. 2024-cü ildə bu göstərici 55,6 manat olub.