Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda qiymətli metalların ixracı 56,8 % artıb - BBN

Azərbaycanda qiymətli metalların ixracı 56,8 % artıb

Bu ilin yanvar ayında Azərbaycan 33 milyon 711 min ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr ixrac edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 218 min ABŞ dolları və ya 56,85 % çoxdur.

Hesabat dövründə qiymətli məhsulların ixracından əldə olunmuş gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 1,5 %-ni təşkil edib.

Eyni zamanda, ötən ay Azərbaycan 4 milyon 795 min ABŞ dolları dəyərində analoji məhsullar idxal edib. Bu isə bir il əvvələ nisbətən 6,9 dəfə azdır. Ay ərzində qiymətli metalların idxalına çəkilmiş xərclər ölkənin ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

Qeyd edək ki, ötən ay Azərbaycanın xarici ölkələrlə ticarət əməliyyatlarının ümumi həcmi 3 milyard 538 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 26,4 %, idxal isə 36,5 % azalıb.

Related posts

Azərbaycanın Gürcüstandan idxalı 8,3 % azalıb

“Azexport” ilə Yaponiyanın “Shinseikai” platforması arasında əməkdaşlıq imkanları müzakirə olunub

Yanvarda 31 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı