Azərbaycanda bu ilin sonuna kimi dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizmi qurulacaq.
Bu məsələ İlham Əliyev-in təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən:
-
Qurumların rəqəmsal inkişaf üzrə büdcələrinin təsnifatlandırılması,
-
Təkrarçılığın (dublikat sistemlərin) qarşısını alan qaydaların qəbulu,
-
Strateji hədəflərə (bulud texnologiyalarına keçid, süni intellektin tətbiqi, məsləhət xidmətlərinə çıxış və s.) xidmət etməyən rəqəmsal layihələrin maliyyələşdirilməsinə veto mexanizminin tətbiqi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
Yeni mexanizm rəqəmsal transformasiya prosesində resursların daha səmərəli istifadəsinə və strateji prioritetlərə uyğunluğun təmin olunmasına xidmət edəcək.