Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda sənədsiz evlərin ümumi dəyəri açıqlanıb - BBN

Azərbaycanda sənədsiz evlərin ümumi dəyəri açıqlanıb

Azərbaycanda 500 mindən çox sənədsiz ev var ki, onların da ümumi dəyəri 50 milyard manatı keçir.

BBN.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) direktoru Vüsal Qasımlı “InsurTech” (“sığorta texnologiyaları”) adlı dərs vəsaitinin təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, həmin evlərin sənədləşdirilməsi sığorta sektoru üçün ciddi iqtisadi potensial yarada bilər: “Bu əmlakların hüquqi statusunun müəyyən edilməsi həm vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına, həm də sığortanın əhatə dairəsinin genişlənməsinə imkan verəcək. Belə böyük həcmdə daşınmaz əmlakın sığortalanması sektor üçün əhəmiyyətli maliyyə dövriyyəsi formalaşdıra bilər”.

Report

Related posts

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Mərkəzi Bank tədiyyə balansının 2025-ci ilin yekunlarına dair hesabatlarının təqdimatını edib

İranla bağlı müharibə fonunda dollar güclənir, qlobal bazarlarda risk artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı