Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda sabit vergi ödəyiciləri ipoteka krediti ala biləcəklər - Video - BBN

Azərbaycanda sabit vergi ödəyiciləri ipoteka krediti ala biləcəklər – Video

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” proqramı çərçivəsində, eyni zamanda gələcəkdə bu ərazilərdə yaşayan şəxslərin ipoteka kreditlərindən faydalanması üçün müvafiq tədbirlər hazırlanıb”.

BBN.az xəbər verir ki, bu sözləri İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov ATV kanalında yayımlanan “İqtisadi zona” verilişində deyib.

“Bundan başqa, əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşbaz, bərbər, dayə və digərləri) ipoteka kreditlərinə çıxşını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb.  Bu yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib. Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq”, – deyə Baş direktor qeyd edib.

O, vurğulayıb ki, son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində, həmçinin “2022-2026-cı illərdə sosial-İqtisadi inkişaf Strategiyası”, “Böyük Qayıdış”la bağlı I dövlət proqramı çərçivəsində əhəmiyyətli işlər görülür.

Related posts

“Big Mac” indeksinə görə Azərbaycan manatı dollara qarşı 36 % ucuz qiymətləndirilir

Ekspert: Neftin qiymətində hər 10 dollarlıq artım Azərbaycanın tədiyə balansına 2,2 mlrd. manat əlavə vəsait gətirir

Azərbaycanda maliyyə sektoru üzrə məzunların iş tapmaqla bağlı çətinlikləri açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı