“Azərbaycanda sosial sahibkarlığın inkişafı” kitabı çap olunub

“Azərbaycanda sosial sahibkarlığın inkişafı” adlı kitab çap olunub. Kitab Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi çərçivəsində hazırlanıb.

Layihənin rəhbəri və kitabın elmi redaktoru Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanovdur. Kitabın həmmüəllifləri i.e.d., dosent Rəsmiyyə Abdullayeva, i.f.d., dos. Allahyar Muradov, i.f.d., dos. Pərviz Həsənov və elmi işçi Nazənin Əzizzadədir.

Kitab son illərdə dünyada sürətlə inkişaf etməkdə olan sosial sahibkarlığın tədqiqinə həsr olunub. Tədqiqatda dünyada və Azərbaycanda sosial sahibkarlığın mövcud vəziyyəti müqayisəli şəkildə təhlil edilib, ölkəmizdə sosial sahibkarlığın təşkilati-hüquqi əsaslarının təkmilləşdirilməsi, habelə bu sahənin inkişaf istiqamətləri barədə məlumat verilib. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı