Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda sosial sığorta haqqı dərəcələri dəyişir: 2026-cı ildən yeni limitlər və faizlər tətbiq olunacaq - BBN

Azərbaycanda sosial sığorta haqqı dərəcələri dəyişir: 2026-cı ildən yeni limitlər və faizlər tətbiq olunacaq

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən tutulacaq məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişir.

Bu dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial sığorta haqqında” qanuna edilmiş düzəlişlərdə əks olunub.

2019-cu ildən etibarən sığortaolunanlar aylıq gəlir 200 manata qədər olduqda 3%, sığortaedənlər isə 22% sosial sığorta haqqı ödəyiblər. Aylıq gəlir 200 manatdan çox olduqda isə sığortaolunan 6 manat + 200 manatdan çox olan hissənin 10%-i, sığortaedən isə 44 manat + 200 manatdan çox olan hissənin 15%-i qədər sosial sığorta haqqı ödəyib.

Qanuna əsasən, 2026-cı ilin yanvarından etibarən aylıq gəlir 200 manata qədər olduqda sosial sığorta haqqının tutulması qaydası dəyişməz qalacaq. Lakin aylıq gəlir 200 manatdan 8 000 manata qədər olduqda, sığortaolunan 6 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 10%-i, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15%-i qədər məcburi sosial sığorta haqqı ödəyəcək.

Əgər aylıq gəlir 8 000 manatdan çox olarsa, sığortaolunan 786 manat + 8 000 manatdan artıq hissənin 10%-i, sığortaedən isə 1 214 manat + 8 000 manatdan artıq hissənin 11%-i qədər sosial sığorta haqqı ödəyəcək. Bu halda sosial sığorta haqqı dərəcəsi ümumilikdə 21% təşkil edəcək.

Related posts

Tramp tarifləri bərpa etmək üçün alternativ yollar axtarır

ƏDV geri al” layihəsi çərçivəsində 19,7 mln. manata yaxın vəsait istehlakçılara qaytarılıb

Xankəndi şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı