Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda süni intellektlə səs təqlidi yeni dələduzluq üsuluna çevrilib - BBN

Azərbaycanda süni intellektlə səs təqlidi yeni dələduzluq üsuluna çevrilib

Azərbaycanda son dövrlər geniş yayılan dələduzluq üsullarından biri süni intellekt vasitəsilə səsin təqlid edilməsidir.

Bunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Ramil Əşrəfov Bakıda keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” forumunda bildirib.

Onun sözlərinə görə, bu üsul zamanı dələduzlar əvvəlcə hədəf seçdikləri şəxsin səsini əldə edirlər. Bunun üçün vətəndaşa zəng edilərək səsi yazılır və ya sosial şəbəkələrdə paylaşılmış video görüntülərdən səs nümunələri götürülür. Daha sonra xüsusi süni intellekt proqramları vasitəsilə həmin şəxsin səsi təqlid edilir.

R. Əşrəfov qeyd edib ki, cinayətkarlar bu saxta səs texnologiyasından istifadə edərək vətəndaşın yaxın qohumlarına zəng edir və özlərini həmin şəxs kimi təqdim edirlər. Zəngi qəbul edən şəxs danışanın həqiqətən tanışı və ya qohumu olduğunu düşündüyü üçün tələb olunan vəsaiti dələduzların hesabına köçürür və nəticədə cinayət baş verir.

Şöbə rəisi başqa təhlükəli üsulun isə elektron poçt ünvanlarının saxtalaşdırılması olduğunu bildirib. Onun sözlərinə görə, dələduzlar müxtəlif şirkətlərin, dövlət qurumlarının və ya şəxslərin elektron poçt ünvanlarına vizual olaraq çox bənzəyən saxta ünvanlar yaradırlar.

Bu ünvanlardan göndərilən məktublar rəsmi sənəd təsiri bağışlayır və adətən invoys, ödəniş tapşırığı və ya bank rekvizitlərinin dəyişdirilməsi ilə bağlı saxta məlumatlar ehtiva edir. Nəticədə şirkət rəhbərləri və ya məsul şəxslər məktubun rəsmi olduğunu düşünərək ödənişləri dələduzların təqdim etdiyi yeni bank hesablarına yönləndirirlər və pul vəsaitləri birbaşa cinayətkarların nəzarətində olan hesablara daxil olur.

Related posts

Azərbaycanda süni intellektin müsbət və mənfi təsirləri müzakirə olunub

Azərbaycan və iSoftStone arasında rəqəmsal iqtisadiyyat və innovasiya əməkdaşlığı müzakirə edilib

Dövlət qurumlarına yönələn kiberhücumlar azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı