2030-cu ilə qədər Azərbaycanda turizm sektorunun qeyri-neft-qaz iqtisadiyyatında payının 9,2 %-ə çatdırılması hədəflənir.
Bu barədə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Günay Bayramova Milli Məclisdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə məlumat verib.
Proqnozlaşdırılan ÜDM istehsalı (milyard manat / % qeyri-neft-qaz ÜDM)
-
2026: 7,7 milyard manat (8 %)
-
2027: 8,5 milyard manat (8,2 %)
-
2028: 9,5 milyard manat (8,3 %)
-
2029: 10,6 milyard manat (8,7 %)
-
2030: 11,8 milyard manat (9,2 %)
G. Bayramovanın sözlərinə görə, bu hədəflər turizm sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası istiqamətində strateji planlaşdırmanın nəticəsidir.