Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda uçot dərəcəsinin əlavə azalması imkanları məhdud qiymətləndirilir – Fitch - BBN

Azərbaycanda uçot dərəcəsinin əlavə azalması imkanları məhdud qiymətləndirilir – Fitch

Azərbaycanda 2026-cı il ərzində uçot dərəcəsinin əlavə olaraq azaldılması imkanlarının məhdud olacağı gözlənilir. Bu fikri Fitch Ratings beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrishnan bildirib.

Onun sözlərinə görə, ölkədə pul-kredit siyasətinin transmissiya mexanizmi hələ tam effektiv deyil və bu səbəbdən uçot dərəcəsində əlavə azalmalar üçün imkanlar məhdud qala bilər.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyəti fevralın 4-də uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Eyni zamanda faiz dəhlizinin aşağı həddi 5,75 %-dən 5,5 %-ə, yuxarı həddi isə 7,75 %-dən 7,5 %-ə endirilib. Faiz dəhlizi üzrə növbəti qərarın isə aprelin 2-də açıqlanacağı gözlənilir.

A.Ramakrishnan bildirib ki, “Fitch” Azərbaycanın pul-kredit siyasətinin strukturunu inkişaf mərhələsində olan sistem kimi qiymətləndirir. Onun sözlərinə görə, uçot dərəcəsinin iqtisadiyyata təsiri – yəni transmissiya mexanizmi – hələ tam gücü ilə işləməyib.

Bu vəziyyət əsasən bank sistemində mövcud olan yüksək izafi likvidlik və dollarlaşmanın hələ də yüksək səviyyədə qalması ilə əlaqələndirilir. 2025-ci ilin sonuna olan məlumata görə, ölkədə depozitlərin dollarlaşma səviyyəsi 36,8 % təşkil edib.

Bununla belə, agentlik hesab edir ki, AMB tərəfindən institusional potensialın gücləndirilməsi istiqamətində atılan addımlar gələcəkdə pul-kredit siyasətinin effektivliyini artıracaq. Xüsusilə birgünlük AZIR dərəcəsinin hesablanması metodologiyasında aparılan dəyişikliklərin transmissiya mexanizminin tədricən yaxşılaşmasına kömək edəcəyi gözlənilir.

Related posts

Fitch: İslam maliyyəsinin Azərbaycan banklarının fondlaşdırma modelinə təsiri yaxın dövrdə məhdud olacaq

Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı