Azərbaycanda vergi ödəyicilərinin sayı 1.5 milyonu ötüb

Close-up Of the word Tax On Wooden Blocks and a pocket watch and a calculator on the background

2023-cü il dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.507.494 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,7%, o cümlədən fiziki şəxslərin sayı 7,5%, hüquqi şəxslərin sayı isə 9% artıb.

BBN.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 175.064 təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən kommersiya qurumlarının sayında 9,7 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13 faiz artım qeydə alınıb.

2023-cü il dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34.554 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artım deməkdir.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,8 faizi yerli investisiyalı, 12,2 faizi xarici investisiyalıdır, onların 84,7 faizi elektron qaydada qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı 15 faiz artıb.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 99 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2023-cü ilin 11 ayında 2.002 yerli investisiyalı MMC qeydiyyata alınıb.

2023-cü ilin yanvar – noyabr aylarında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 faiz artıb.

2023-cü ilin dekabr ayının 1-nə 22.368 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artıb.

Related posts

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnələri – SİYAHI

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı